Əfqanıstandan olan terrorçular Pakistan əsgərlərinə hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə Pakistan ordusundan verilən açıqlamada bildirilib.
Açıqlamada qeyd edilib ki, terrorçular Əfqanıstan sərhədindən Şimali Vəziristanın Devaqar bölgəsindəki təhlükəsizlik qüvvələrinə hücum edib. Nəticədə 3 Pakistan əsgəri həyatını itirib.
Pakistan tərəfi bu hadisəni qətiyyətlə pisləyib və Əfqanıstan hökümətinin gələcəkdə bu cür fəaliyyətlərin təşkilinə icazə verməyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, son həftələr iki ölkə sərhədində baş verən hadisələrlə bağlı gərginlik artıb.
Xatırladaq ki, aprelin 14-də Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı İssam bölgəsində terrorçuların hərbi karvanı pusquya salması nəticəsində 7 pakistanlı əsgər həlak olub.
Digər tərəfdən aprelin 16-da Pakistan hava qüvvələri Əfqanıstanın Xost şəhərində 4 kəndə hava zərbələri endirib.
Pakistan Xarici İşlər Nazirliyi aprelin 17-də verdiyi bəyanatda sərhəddə insidentlərin artması səbəbindən Əfqanıstandan sərhəd təhlükəsizliyini təmin etməyi tələb edib.

İqbal Rzayev,
KONKRET.az