2024-cü ildə maddi baxımdan uğur qazanacaq bürclərin kimliyi bəlli olub.
KONKRET.az xəbər verir ki, ilk sırada Əkizlər bürcü dayanır. Onlar yazın ikinci yarısı və yayın əvvəlində maddi baxımdan yüksəliş dövrü yaşayacaqlar. Amma ulduzlar onlara bir qədər ehtiyatlı davranmağı, gəlirlərini düzgün bölüşdürməyi məsləhət bilirlər.
Əjdaha ilində Oxatanlar yeni iş yeri tapmaqla bərabər maaş artımları xəbərləri ilə sevinəcəklər. Onlar üçün uğurlu investisiya və gəlirli sərmayə şansları yarana bilər.//Mətbuat.az
