
Dünya sürətlə dəyişir. Elə sürətlə ki, ən tanınmış beyin mərkəzləri, politoloqları, ekspertlər proqnoz verməkdə çətinlik çəkir, hadisə və sənədlərə yalnız şərh verməklə kifayətlənirlər.
Əlbəttə, dünyanı dəyişən güclər var və onların proseslərə təsir imkanları ölçüyəgəlməzdir. Amma Yaradanın iradəsi olmadan heç nə dəyişmir. Bu mənzərədə isə udan və uduzan xalqlar, eləcə də dövləti olmayan millətlər var.
Bu baxımdan artıq bütün dünya Corc Sorosun gücünü danmır. Regional qarşıdurmalar, rəngli inqilablar geopolitik fonda Sorosun ağır çəkidə olan maliyyəsi hesabına baş verir.
Corc Soros elə bir gücdür ki, hətta öz ölkəsi olan Amerikada da insanları iğtişaşlar və etiraz aksiyalarında iştirakı təşviq edən böyük qrupları maliyyələşdirir.
Məlum olur ki, Corc Soros ona tabe olmayan ölkələrdə iqtisadiyyatları qeyri-sabit etmək üçün əlindən gələni beş qityəyə çəkir. Gürcüstan, Ermənistan, Ukrayna və digər ölkələrdə məxməri inqilablar məhz onun titanik müdaxiləsi nəticəsində baş verir. Biz burada artıq çeynənmiş mövzu ilə ürəkbulandlırmaq fikrindən tamam uzağıq. Amma ayrı-ayrı detalları qabartmaqda fayda olduğunu düşünürəm. Bunlar nədir?
Milyardlar müqabilində inqilablar
Sorosun hökumətlərin onun “dəyərlər sisteminə” inteqrasiya etməyə hazır olmadığı müxtəlif ölkələrdə vəziyyəti öz xeyrinə dəyişmək üçün müxtəlif QHT-ləri maliyyələşdirməsi artıq heç kimə sirr deyil.
Soros Fondu özü veb saytında gizlətmir ki, son 33 ildə Şərqi Avropa ölkələrində və keçmiş Sovet İttifaqı ərazilərində “demokratik inkişaf” məqsədilə 1,6 milyard dollar xərcləyib.
Bundan əlavə, 2.9 milyard dollar “insan hüquqlarının qorunmasına”, xüsusən də “narkotik istifadəçiləri, seks işçiləri və LGBT cəmiyyəti kimi marginal qrupların hüquqları”na yönəlib.
2,1 milyard dollar isə “təhsil layihələrinə, yəni məktəbəqədər təhsil müəssisəsindən ali təhsilə qədər aparılan islahatlara” sərf olunub. Bu, ilk növbədə cinsiyyət təhsilinin “gender bərabərliyi” çərçivəsində tətbiqi ilə bağlıdır.
Beləliklə, tam əminliklə deyə bilərik ki, “Yeni Dünya” nizamının formalaşmasında Soros barmağı böyük dövlətlərin gözünə girir.

ABŞ və Rusiyada yaşayan siyasi analitiklər bunu qlobalist gündəmin əsas nöqtəsi hesab edirlər.
Sorosun hesab etdiyi ölkələr var ki, sabit və ədalətli bir dünya nizamının qarşısındakı ən böyük maneədir.
Həmin maneələrdən biri də Türkiyənin Şərqdə və Qafqazda daha da güclənməsidir. Bu baxımdan yumşaq desək, Türkiyənin ən yaxın müttəfiqləri Sorosun hədəfindədir. Bu ölkələrdə qarmaqarışıqlıq salmaq, ölkədaxili kolonlarla güclü işbirliyi yaratmaq, öz hədəflərinə çatmaq üçün Rusiya, Fransa və digər ölkələrin lobbiçiliklə məşğul olan gücləri ilə qırılmaz təmaslar yaradılır.
Soros bu hədəfə çatmaq üçün sistematik olaraq çalışmalarını davam etdirir. Səlahiyyətlilər, siyasətçilər satın alınır, ölkə valyutaları ilə çirkin manipulyasiya edilir. Qərb dəyərlərinə tüpürərək rüşvət yolu yeni formatda təqdim edilir.
Bu prosesin Türkiyənin əsas müttəfiqi olan Azərbaycanda da həyata keçirilməsi məqsədilə xüsusi layihələr həyata keçirilir. Biz aşağıda bu layihələrin hər birinin üstündə dayanacağıq.
Amma əvvəla qeyd edək ki, bu günə qədər ölkədə güclü olan hakimiyyət Sorosun niyyətlərinin həyata keçməsinin qarşısını müəyyən mənada ala bilib. 44 günlük Vətən savaşında ölkəmizin tam qələbəsi də öz sözünü deyib. Amma bütün bunlar Soros nəfsinin qarşısında yetərli deyil.
Müzəffər Azərbaycan Ordusunun tam qələbəsindən sonra bir çox qaranlıq məqamlara aydınlıq gətirildi. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlardan göründü ki, bu şirkətlərin Soros Fondu ilə birbaşa təmasları var.
HAŞİYƏ: Bu yaxınlarda Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub.
Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb, bu prosesdə Soros əlaltılarından biri olan Almaniyanın CRONIMET Holding GmbH şirkətinin yaxından iştirak etməsi daha dəhşətli planların mövcudluğundan xəbər verir. Sən demə, bizim əsas düşmənimiz yalnız ermənilər deyilmiş.
İndi danılmaz faktlarla məlum olur ki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının təşkilində əsas məqsəd isə dediyimiz kimi Soros şəbəkəsinin Azərbaycanda özəl maraqlarının təmin olunması olub. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi bu niyyətlərin qarşısını alsa da, bu xətdə savaş davam edir. Azərbaycanın öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması qlobalistləri daha da qıcıqlandırıb. Ermənistanda Sorosun layihəsi olan N.Paşinyanın hakimiyyətə gəlməsindən doğan təhlükə məhz Azərbaycanın qətiyyətli addımları sayəsində ölkəmiz üçün zərərsizləşdirilsə də təhdid tam bitməyib.
Yəqin məlumatlı oxucu Eurovision – 2012, l Avropa oyunları və digər mühüm tədbirlər zamanı Almaniya mediasının Azərbaycana qarşı aqressiv mövqeyinə dair faktları yaxşı xatırlayır. Rusiyada antiAzərbaycan qüvvələri ilə sıx təmaslar yaradan qüvvələrə Soros Fondu da geninə-boluna maliyyə yardımı edib.
Çox üzücü hallardan biri də odur ki, Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Soros tərəfindən satın alınan Almaniya hökumətinin bilavasitə iştirak etdiyini də sübut edir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhz Sorosun əl-qolunun uzandığı Alman hökumətilə də münasibətləri soyumuşdu.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Bu, həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdi kimi də qiymətləndirilməlidir.
Dünyada gedən bütün proseslərin arxasından çıxan Soros imperializminin əsas xüsusiyyətlərini isə digər güclər belə səciyyələndirir. Xaos yaradacaq hərəkatların təşviqi, ateistlərlə iş, narkotiki leqallaşdırma, cinsi təhsil, evtanaziya, feminizm, kütləvi miqrasiya və digər sosial mühəndislikdəki radikal təcrübələr maliyyələşdirilir. Bütün bu deyilənlər bizim üçün çox tanışdır. Son günlər ölkəmizdə bu məsələlərin hər biri ilə bağlı müzakirələr səngimək bilmir, mövzular öz aktuallığını saxlayır.
Məsələ burasındadır ki, Soros üçün din anlamı yoxdur. Xristian və ya müsəlman ölkəsi – fərq etməz-bütün dövlətlərdə möhkəmlənmək üçün bu qaragüruh dəyərləri məhv etməyə davam edir.
Bu baxımdan Soros dünyanın hər yerindədir. Nyu Yorkda yerləşən Açıq Cəmiyyət İnstitutu Almaniya, Fransa, Portuqaliya kimi ölkələrdə daha güclüdür, digər qurum və təşkilatlarla, yerli və beynəlxalq əlaqəli fondlar vasitəsilə birgə işbirliyində çalışdığı layihələrin isə sayı-hesabı yoxdur.
Xarici medialarda xüsusi olaraq vurğulanır ki, Sorosun dünyaya və onun gələcəyinə baxışlarını saf-çürük etmək üçün “Yanılma Çağı” kitabını acgözlüklə oxuyurlar. Ekspertlər deyirlər ki, bu kitabdan gələn ilkin qənaət belədir ki, Sorosun əsas məqsədi sərhədləri olmayan, hər kəsin bərabər və azad olacağı, bütün azlıqların, xüsusən cinsi mənafelərin qanuniləşdiriləcəyi, əksəriyyətin maraqlarından üstün olacağı bir dünya yaratmaqdır.
Soros feminist hərəkatın dərinliklərində doğulmuş və bu gün artıq Qərb cəmiyyətinin ictimai-siyasi əsasına çevrilmiş “gender ideologiyası” nın tərəfdarıdır. Bu ideologiya “cinsiyyət kimliyi azadlığını” nəzərdə tutur: kim özünü “cins” mənasında kim kimi təsəvvür etsə – beləliklə özünü dünyaya təqdim edir. Bu gün feminizm Qərbdə əslində dominant dindir. Soros bu dinin fanatik bir davamçısıdır.
Azərbaycanda da feminizm adı altında bir din təbliğ edilir. Bu, şübhəsizdir. Burada söhbət qadın azadlığından getmir. Gender ideologiyası adı altında bir patologiyadan bəhs edilir. Soros isə bunu normaya çevirmək üçün müxtəlif hərəkatları maliyyələşdirir. Hər bir xalqın genetik kodu bu yolla çökdürülür və xalqlar qullara çevrilir. Sorosun da istədiyi budur. Onun üçün maraqlı deyil ki, hansısa Fadil Paşayev və onun Vətəni, dövləti qüdrətli olsun.
Xatırladaq ki, DCleaks.com bu yaxınlarda Açıq Cəmiyyət İnstitutunun 2016-cı ilə aid sənədlərini yayımladı. Həmin sənədlərdə yazılan müddəalar Sorosun Qərb cəmiyyətini korlamaq üçün maliyyələşdirmə proqramlarına şahidlik edir.
Bu sənədlərdən biri “Xalq Sağlamlığı Proqramının (2016-2020) Yenilənmiş İnkişaf Strategiyası” dır. “Cinsi və cinsi şəxsiyyətə əsaslanan dekriminallaşdırma və depatoloqlaşdırma” bəndi fahişəlik və transseksualizmin norma olaraq qanuni olaraq tanınması üçün bir strategiyanın həyata keçirilməsinin zəruriliyindən bəhs edir.
Sənəd müəllifləri fahişəliyin qanuniliyinin tam tanınmasına nail ola bilmədiklərindən “təəssüflənirlər”.
Soros Ümumdünya Səhiyyə Təşkilatının işinə də fəal şəkildə müdaxilə edir və mövcud cinsi pozğunluqların beynəlxalq təsnifatlarını “gender ideologiyası” postulatlarının elmi əsaslara sahib olduğu şəkildə dəyişdirməyə çalışır. Eyni sənəddə deyilir: “ÜST-ün Beynəlxalq Xəstəliklər Təsnifatının yaxınlaşacaq 11-ci revizyonu ətrafında əsas bir döyüş gedir. Tərəfdar qruplarımız hər 15 ildən bir nəzərdən keçirilən bu xəstəliklər siyahısının təmin edilməsinə çalışır. Həmin xəstəlik isə zehni xəstəlik kimi xarakterizə edilən transseksualizmdir.
Abortun təşviqi
Soros eyni zamanda feminism hərəkatın şüarlarının davamı olan abort kampaniyasını da təbliğ edir.
DCLeaks.com tərəfindən yayımlanan sənədlərə görə, Soros Fondu “dünyada abortu təşviq etmək üçün qlobal bir strategiya” maliyyələşdirir. Sorosun 2016-2019-cu illər üçün planı bütün ölkələrdə abortların sərbəst fəaliyyətinə mane olan qanunların ləğvi və icazə verilən ölkələrdə abort sayının artmasına təkan verməkdir.
Bu strategiyanın həyata keçirilməsinə beynəlxalq Amnesty International təşkilatının milli ofisləri, müxtəlif dərnəklər və ailə planlaşdırma mərkəzləri, qadınların abort hüquqlarını müdafiə edən təşkilatlar daxildir.
Bəli, Soros dünyanı, o cümlədən qarşısında duran bütün gücləri məv etmək istəyir, o cümlədən Azərbaycanda yuxarıda sadalanan terror həyata keçirmək üçün dəridən-qabıqdan çıxır. Amma bizim xalq sözün həqiqi mənasında müdrikdir. Bu xalq öz dövlətinə və ordusuna güvənməklə 44 gündə möcüzə yaradaraq tarixdə yeni qızıl səhifə yaratdı. Yüz Soros gələ, ölkəni xaosa çəkə bilməyəcək, bütün niyyətləri puça çıxacaq.

Ekoloji terror, narkotik və fahişəlik zatən bütün Media Vasitələrində Təbliğ Edilir….Konkret olaraq buna qarşı heç nə yazmırsınız….Faktları Sadalamayın…Araşdırmalarınız Sıfır!!!