Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər birləşmə və hissələrə yola salınıb – VİDEObackend

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər birləşmə və hissələrə yola salınıb - VİDEO

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər döyüş təyinatlı birləşmə və hissələrə yola salınıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

General-mayor Teymur Eyyubov şəxsi heyəti təbrik edərək bildirib ki, Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsində hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi kurslarda qazanılanların nəticəsidir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz də hər zaman nümunəvi xidmətləri ilə seçiləcəklər.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Bölmələrin təntənəli keçidi ilə gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*