“Elə deputatlar var ki, heç bir dəftərdə adı yoxdur” – Abid Şərifovbackend

"Elə deputatlar var ki, heç bir dəftərdə adı yoxdur" - Abid Şərifov

“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”.

KONKRET.az xəbər verir ki, bu sözləri manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını bildirib:

“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı  heç bir dəftərdə  yoxdur”

Müxbirin “Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?” sualına Abid Şərifovun cavabı belə olub:

“Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacam. Bütün qoca deputatlara can sağlığı  arzulayıram. Onlara uğurlar diləyirəm”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*