Əli Həsənov Anarı niyə müdafiə edirdi? – SENSASİON TƏFƏRRÜATLARbackend

Əli Həsənov Anarı niyə müdafiə edirdi? - SENSASİON TƏFƏRRÜATLAR

Bir qrup gənc yazar tərəfindən  Azərbaycan Yazıçılar Birliyinin növbəti – 13-cü qurultayının Şuşada, Cıdır düzündə keçirilməsi təklif edilib.

KONKRET.az həmin yazarların təklif və rəylərini təqdim edir:

Tural Turan, Prezident təqaüdçüsü, AYB Gənclər Şurasının üzvü:

“Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyinin növbəti – 13-cü qurultayının Şuşada, Cıdır düzündə keçirilməsini təklif etmişdim. Çünki bu ilin 29 iyulunda 28 illik həsrətdən sonra qovuşduğumuz Şuşada ilk dünyamiqyaslı tədbir keçiriləcək. Vaqif Poeziya günləri yenidən təşkil olunacaq. Özü də xaricdən qonaqlar, ali nümayəndələr dəvət olunacaq. AYB-nin qurultaylar tarixində də bir ilk olardı. Özü də müqəddəs bir ilk – qurultay Azərbaycanın Mədəniyyət Mərkəzində keçirilərdi. Təklifimə sədrimiz əlahəzrət Anar bəy də münasibət bildirib. Deyib ki, 600 qonağı qarşılamaq üçün Şuşada yer yoxdur.

Xub! Bəs Vaqif Poeziya günlərinə dəvət olunacaq qonaqlar harada qalacaq? Bəs ölkənin başçısı bir ay əvvəl Şuşaya gedərkən harada qaldı? Şuşada müasir otellər var. Dağıdılanları da yaya kimi təmir olunacaq. Prezidentin xüsusi nümayəndəsi də elə bu kimi işlərlə məşğul olmaq üçün qalaya göndərilməyibmi, a sağolmuşlar?!

Həzərat, AYB-dəki qocalar divanının niyə qurultayın Şuşada keçirilməməsinin səbəbini deyim:

1) Anar əfəndi Vaqif Poeziya günlərini sədr kimi başa vurmaq istəyir və Şuşadan təqaüdçü kimi evinə dönməyi ağlının ucundan belə keçirmir.

2) Qurultay Şuşada keçirilsə, özü də Vaqif Poeziya günlərində… daha az pul xərclənəcək… Bu da görünür, kimlərəsə sərf eləmir. 

3) Anar sədrlikdən getsə, müəyyən araşdırmalar aparıla bilər. 2 milyon 800 min manatın hesabatının tələb olunması riski indiki halda yüksəkdir.

4) Anar indiki halda qurultayın vaxtını mümkün qədər uzatmağa çalışır. Ömürlük səlahiyyət sahibi olmağa niyyətlidir.

5) Əli Həsənovun gedişindən sonra Anarın komandasını müdafiə edən informasiya resursları da əllərindən çıxıb. (Məsələn, Xəzər TV. 2019-cu ilin namizədlik qalmaqalında məhz gəncləri ən çox bu TV-nin “əli” ilə vururdular… Ona görə də gənclərlə bu dəfə üz-üzə gəlməkdən mümkün qədər yayınmağa çalışacaqlar…

6) Əgər Anar gedərsə, onun komandası da AYB-nin müdir kabinetlərinə həsrət qalacağını yaxşı bilir. Ona görə də Anarın ətəyindən tutub fırlanmaq Şuşadakı qurultaydan daha müqəddəsdir.

7) Əgər 84 yaşlı 35 illik sədr kürsüdən düşərsə, sədr qarışıq İdarə heyətindəkilərdən heç birinin kitabları istedadlılar dura-dura xarici dillərdə kitab şəklində çap olunmayacaq.

8) Müharibə dövründə meyxanaçıların belə getdiyi işğaldan azad olunan ərazilərə AYB komandası getmədisə, müharibədən sonra Şuşada qurultay keçirməyə niyə “hə” desinlər ki?!.

9) Anar Şuşada Ağa Məhəmməd Şah Qacarın üzücü sonluğunu yaşamaq istəmir…

10) Sisyanov da Gəncəni al-qana buladı, amma başını Bakıda təslim etdi… (Bunun məsələmizə dəxli çox da yoxdur)

11) Nostradamus öngörüsü: Ədəbi gəncliyin 98 faizi ya susacaq, ya da trolluğa başlayacaq.

Emil Rasimoğlu, Prezident təqaüdçüsü, AYB-nin üzvü: “Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayının Şuşada keçirilməsi ilə bağlı Tural Turan təklif irəli sürmüşdür. Anar da məsələyə münasibət bildirərək birmənalı şəkildə etiraz etmişdir. Gələk bir az əvvələ… Bildiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin 2019-cu ildə keçirilməli olan qurultayı artıq iki ildir yubadılır. Səbəb də hazırkı pandemiya şəraitinin olması göstərilir. Hansı ki, ölkədə və dünyada virtual olaraq ən yüksək konfranslar, iclaslar belə təşkil olunur. Demək, AYB-nin də qurultayını təşkil etmək olardı. Ancaq edilmədi… Görünür, məqsəd yenə vəzifə maraqlarıdır. Yaxşı, əgər ölkə rəhbərinin göstərişi ilə Şuşada Vaqif Poeziya Günləri keçirmək planlaşdırılıbsa, niyə AYB-nin qurultayı planlaşdırılmasın, keçirilməsin?

İndi zaman çatanda həmin Poeziya günlərinə Anar özü və AYB rəhbərliyinin digər rəsmiləri mütləq şəkildə qatılıb iştirak edəcək.

Ancaq qurultay məsələsinə gəldikdə, necə deyərlər, evdən çölə çıxmaq olmaz, bəs pandemiyadır. Bu, məsələnin bir tərəfi… Digər tərəfdən də elə bu qurultay Şuşada Vaqif Poeziya günlərində baş tutsa, nəyi pis olar? Niyə də olmasın?”.

Fuad Cəfərli, Prezident təqaüdçüsü, AYB Gənclər Şurasının üzvü:

“Dünyanın yeni çağırışlarına cavab verən daha güclü Azərbaycan Qarabağdan – Şuşadan parlayırsa, ədəbiyyatımız buna niyə töhfəsini verməsin? Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı qədim Şuşa şəhərində Vaqif Poeziya günlərində keçirilməyib, bəs harda və nə vaxt keçirələcək?! Axı Şuşa şəhəri mədəniyyətimizin paytaxtı, ustad Vaqif isə poeziyamızın intibah dövrünün yeni işığıdır…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*