“Əli Həsənov, Ramiz Mehdiyev və 5-ci kolonun üzvləri xalq-dövlət birliyindən narahatdır” – AÇIQLAMAbackend

"Əli Həsənov, Ramiz Mehdiyev və 5-ci kolonun üzvləri xalq-dövlət birliyindən narahatdır" - AÇIQLAMA

“Əli Həsənov, Ramiz Mehdiyev və 5-ci kolonun üzvləri xalq-dövlət birliyindən narahatdırlar”

Bunu KONKRET.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədri qeyd edib ki, Əli Həsənov və oğlu öz kefindədir:

“44 günlük Vətən müharibəsi cənab Prezidenti sevən şəxslərin üzərinə düşdü. Xalqla dövlətin birliyi yarandı. Əli Həsənov, Ramiz Mehdiyev və 5-ci kolonun üzvləri xalq-dövlət birliyindən narahatdırlar. Onların dövlətin sərvətlərini yeməkdən və talan etməkdən başqa heç bir işi olmayıb. Onlar bizim möhtəşəm qələbəmizdən narahatdır. Əli Həsənovun və 5-ci kolonun üzvlərinin xaç atası Ramiz Mehdiyevdir. Ona görə də, onların heç biri Azərbaycanın nə xeyirində, nə də şərində iştirak edib. Ramiz Mehdiyev və Əli Həsənov heç vaxt Azərbaycanın uğurları ilə barışmayıblar. Düşünürəm ki, onların özlərinin və övladlarının harada və nə işlə məşğul olduğunu hər kəs yaxşı bilir. Onlar bizdən oğurladıqları sərvətləri xarici ölkələrə qoyur. Orada eyş-işrət işi ilə məşğuldurlar”.

Hafiz Hacıyev vurğulayıb ki, Əli Həsənov və oğlu Azərbaycanı bəyənmir, heç ölkəyə də gəlmirlər:

“Bu baxımdan da biz ağıllı olmalıyıq. Düşməndən nə gözləmək olar? Əli Həsənovun tör-töküntüsü olan media orqanlarının hər biri onun tapşırığını yerinə yetirir. Xaricdə yayımlanan internet kanalları və Azərbaycanda olan bəzi media orqanları Azərbaycan əlehinə təbliğatlar aparırlar. Mən hesab edirəm ki, onların sərvətləri əlindən alınmalıdır. Övladları Azərbaycana buraxılmamalıdır. Çünki onlar hər zaman Azərbaycana xəyanət ediblər. Bu gün də Əli Həsənova işləyən insanlar var. Onlar ictimai sabitliyi pozmağa çalışırlar. Hələlik hər birimizin başı Vətən müharibəsinə və Ali Baş Komandanın tapşırıqlarını yerinə yetirməyə qarışıb. Zamanı çatanda onların da cəzası veriləcək”.

Nərgiz Mirzəyeva,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*