“Əli Həsənovun ifşasında yeni mərhələ başlanmalıdır” – Onun həbsi qaçılmazdırbackend

"Əli Həsənovun ifşasında yeni mərhələ başlanmalıdır" - Onun həbsi qaçılmazdır

Ölkə mediası hələ ki, Əli Həsənov xəstəliyindən müalicə yollarını müzakirə edir. Olsun. Tənqidlər, əsaslı və əsassız fikirlərin olması təbiidir. Amma bu fikirlərin arasında Əli Həsənovun həbs edilməsi tələbinə rast gəlmirəm. Hesab edirəm ki, nə qədər ki, Əli Həsənov əlini-qolunu sallayıb azadlıqda olacaq, onun əlaltıları, şəbəkəsi öz mundar niyyətlərini bir o qədər fasiləsiz həyata keçirəcək. Dövlət, nəhayət, milyonları mənimsəyən, ölkədə mənəvi aşınma prosesinə start verən, neçə-neçə ləyaqətli insanı ləkələyən, adı bir sıra cinayət materiallarında hallanan Həsənovu ədalətli məhkəmə qarşısına çıxarmalıdır. Və bu proses media üçün açıq olmalıdır. Çünki xalqın bilmədiyi cinayətlərin sayı hələ ki, çoxdur. Nə qədər ki, bu məsələlər gizlədilsə, hələ çox anlaşılmaz məqamlarla rastlaşacağıq,

Sizə adi gəlməsin, hələ də aramızda Əli ideologiyasının davamçıları var. Onlar hansısa yolla Əliyə öz sədaqətlərini göstərirlər. Ad da çəkə bilərəm. Bu məsələ ilə bağlı müzakirələrdə, Dəyirmi masalarda iştirak etməyə də hazıram.

Axı deyə bilərsiniz ki, Əli vəzifədən gedib, əlində olan media resursları da əlindən alınıb. Əlilik burda nə var ki? Xeyir, cənablar! Bu cür fikirlər olduqca bəsit və laqeyd yanaşmanın məhsuludur. Əli vəzifədən getsə də, kursunu canla-başla həyata keçirənlər hələ də “at oynadırlar”. Kifayət qədər dəqiq faktlar var. Televiziya sahəsində büdcə dağıdanlar Əli kursunun sadiq əsgərləridir. Media rəhbərləri var ki, buqələmun kimi sürətlə rəng dəyişirlər. Yazarlar var ki, ağızlarından kin-küdurət tökülür, “bəlkə də qaytardılar” xülyası ilə aktiv rollarını davam edirlər. Əli tərəfdarları var ki, istənilən qüvvələrlə ya əməkdaşlıq edir, ya da bu mərhələni çoxdan keçiblər.

Əlqərəz, deməyim odur ki, daha vaxtdır, Əlinin ifşasında yeni dönəm başlamalıdır ki, biz bir çox qaranlıq məqamlara aydınlıq gətirə bilək. Yoxsa sosial şəbəkələrdə, tədbirlərdə, rəsmi və qeyri-rəsmi dairələrdə bu müzakirələr taftalogiyadan başqa bir işə yaramayacaq.

Öz dediyimizi hələ ki, özümüz eşidirik!

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*