“Əllərimizi bağlayıb vətəni satdılar”backend

“Əllərimizi bağlayıb vətəni satdılar

“Taliban”ın Kabilə girməsindən sonra Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkəni tərk etməsi etirazla qarşılanıb.

KONKRET.az xəbər verir ki, Əfqanıstanın müdafiə nazirinin vəkili Bismillah Muhammedi tvitter hesabında Qaninin ünvanına ağır ittihamlar səsləndirib.

“Əllərimizi arxadan bağladılar və vətəni satdılar. Qani və heyətinə lənət olsun”, – deyə o, qeyd edib.

Milli Barışıq Ali Şurasının sədri isə bildirib: “Əfqanıstanı çətin zamanda tərk etdi. Allah ondan bunun hesabı soruşacaq”.

Qeyd edək ki, Ə.Qaninin Tacikistana üz tutduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*