Elmar Məmmədyarov və Lavrovun görüşü keçirilirbackend

Elmar Məmmədyarov və Lavrovun görüşü keçirilir

Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilir.

KONKRET.AZ xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, nazirlər, həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.

Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmə planı da imzalanacaq.

Qeyd edək ki, dekabrın 2-dən ölkəmizdə səfərdə olan S.Lavrov dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Bir cavab yazın