Əməkdar artist Lalə Məmmədova “ATV maqazin onlarla” proqramında son günlər “bayağı” adlandırılan ifaçılardan danışıb.
KONKRET.az xəbər verir ki, sənətçi Damla və Şəbnəm Tovuzludan danışıb:
“Bu cür dalğalar hər zaman olub. Bir nəfər oturub mahnı oxuyub qoyub İnstaqrama. Milyon adam baxıb, onun günahı nə idi? Adam görür bir mahnısına milyon baxış var, gedir ikincini yazdırır. Nə etsin? Damla istedadlı olan qızdır. Şəbnəm Tovuzlu sakit, yerini bilən qızdır. Onun yanında məsləhət verən biri olsun. Desin ki, eyni tonallıqdan oxuyursan. Mahnıları bir-birinə bənzəyir, səsə texno verilir və gözəlliyi itir. Muğam da oxuya bilir. Sənə mahnılar verirlər, bir özün də axtar. Ağlamaq tərzi bizə yaddır. Məcbur deyilsən ağlayasan, qışqırasan, bir ağlat da”.
