Əməkdar artistdən ŞOK SÖZLƏR: “Kişi xəyanət etsin, qəbulumdur” – VİDEObackend

Əməkdar artistdən ŞOK SÖZLƏR: "Kişi xəyanət etsin, qəbulumdur" - VİDEO

Əməkdar artist Gövhər Rzayeva ATV kanalında tənqidlərə məruz qalacaq açıqlama verib.

KONKRET.az xəbər verir ki, məşhur qarmon ifaçısı canlı efirdə çıxışı zamanı açıq-aşkar kişi xəyanətini dəstəklədiyini etiraf edib.

Onun fikrincə, pul qazanıb ailəsinin maddi ehtiyaclarını ödəyə bilən hər bir bəy xanımını aldada bilər:

“Pul qazanan kişi başqadı. Qadın ona daim qulluq etməlidir. Bazarlıqdan gələn kişi qapını təpiklə açıb içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram! Mənə qarşı diqqəti varsa, niyə ona qulluq etməyim? Mən düz danışıram.

Atam 52 yaşında rəhmətə gedib. Anam o günədək bazara getməyib. O, daha sonra bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm. Ona belə kişi qulluq edib. Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*