Əməkdaşımız Goranboydan xəbər verir – Bolusluda yeni məktəb tikiləcək – FOTOLARbackend

Əməkdaşımız Goranboydan xəbər verir – Bolusluda yeni məktəb tikiləcək - FOTOLAR

Rayonun Boluslu kəndində orta məktəbin tavanının çökməsi cəmiyyətdə böyük əks-səda yaradıb. Səhər saatlarında məktəbin dərs otaqlarının birinin tavanı gözlənilmədən uçsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Boluslu kənd tam orta məktəbi 1967-ci ildən istifadəyə verilib. Son zamanlar məktəbin yararsız olması barədə sakinlər dəfələrlə müvafiq orqanlara xəbərdarlıq etsələr də, yeni məktəbin tikilməsi üçün heç bir tədbir görülməyib.

Boluslu kənd icra nümayəndəsi Şəmsi Ziyadovun Konkret.az-a bildirdiyinə görə, 232 şagirdin təhsil aldığı bu köhnə tikilidə baş verən hadisə ilə bağlı artıq rayonun aidiyatı qurumları xəbərdardır və gələcək qəzaların qarşısını almaq üçün tədbirlər görülür. Yerli strukturlardan verilən digər məlumatlarda bildirilir ki, kənddə yeni məktəbin tikintisi ilə bağlı məsələyə baxılır.

Cəmil Məmmədli

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*