Əmir Abdullahian: “İlham Əliyev ümidverici açıqlamalar verdi”backend

Əmir Abdullahian: "İlham Əliyev ümidverici açıqlamalar verdi"

“İranla Azərbaycan qonşudan da çox, qohum xalqlardır”.

KONKRET.az xəbər verir ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslam Respublikasının Azərbaycanın siyasəti ilə bağlı narahatlığına dair qısa qeydində yazıb: Əliyev ümidverici fikirlər səsləndirib və məhz bu siyasətin həyata keçiriləcəyini vurğulayıb. İki prezidentin görüşündən bir gün öncə siyasi, diplomatik və təhlükəsizlik (əmniyət) səviyyələrində önəmli məsləhətləşmələr aparılıb. Qonşularımızla əlaqələri bundan sonra da inkişaf etdirəcəyik.

Hüseyn Əmir Abdullahian İnstagram səhifəsində bu haqda yazıb: İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Aşqabadda Azərbaycanın xarici işlər naziri ilə müsbət və dostcasına görüşüm oldu. Son həftələrdə iki ölkə arasında bu xoş görüşə hazırlıq görülüb. Əldə olunan razılaşmaların aspektləri müxtəlifdir və iki ölkənin xalqlarının maraqlarına cavab verir. “İki ölkə prezidentlərinin iradəsi münasibətlərin hərtərəfli inkişafına əsaslanıb. Tərəflərin vurğuladığı və razılaşdığı məqamlar sırasında tranzit, enerji, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlıq yer alır”,-deyə Əmir Abdullahian qeyd edib. “Azad İran”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*