Enerji problemi emissiya böhranına səbəb ola bilər – PROQNOZbackend

Enerji problemi emissiya böhranına səbəb ola bilər - PROQNOZ

Avropa və Çin başda olmaqla bir çox ölkələrdə təchizat məhdudiyyətləri səbəbindən elektrik istehsalında kömürün payının yüksəlməsi, qlobal karbon emissiyalarının artımını sürətləndirə bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin tərtib etdiyi məlumata görə, yeni növ koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətlər, qlobal karbon emissiyalarını 2019 -cu illə müqayisədə rekord həddə, yəni 5,8 faiz (təxminən 2 milyard ton) azaldıb.

İqtisadiyyatların epidemiyadan özünə gəlməsi və tələbatın artması səbəbindən karbon emissiyalarında bu il təxminən 1,5 milyard ton artımla tarixin ikinci ən böyük yüksəlişinin olacağı gözlənilir.

Müşviq Tofiqoğlu

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*