Ərdoğan: Dünya güc hüququnun hökm sürdüyü xaos dövrünə sürüklənirbackend

Ərdoğan: Dünya güc hüququnun hökm sürdüyü xaos dövrünə sürüklənir

Müasir dünya kobud gücün tətbiq olunduğu və “güc hüququnun” işlədiyi xaotik bir mərhələyə sürətlə yaxınlaşır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

KONKRET.az xəbər verir ki, Ərdoğan bildirib: “Dünyamız sürətlə kobud gücün istifadə edildiyi və güclünün haqlı sayıldığı xaotik bir dövrə sürüklənir. Qonşumuz İrana qarşı hücumlarla başlayan prosesdə biz bunun yenidən şahidi oluruq”.

Türkiyə liderinin sözlərinə görə, Ankara ətraf regionla bağlı məsələlərdə heç vaxt neytral mövqe tutmayıb. O vurğulayıb ki, Türkiyə sülh və sabitliyin, ümumbəşəri dəyərlərin, ədalət və inkişafın tərəfindədir.

“Biz harada olmasından asılı olmayaraq insan həyatının qorunmasının, hüququn və həqiqətin tərəfindəyik, qətllərin, qırğınların, quldurluğun və soyqırımın yox”, – deyə Ərdoğan qeyd edib.

Prezident əlavə edib ki, illər boyu qanun, insan hüquqları və azadlıqlar haqqında danışanlar bu gün həmin dəyərləri özləri görməzdən gəlir və onların pozulmasında heç bir problem görmürlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*