Ərdoğan: “Mayk Pens və Pompeo ilə görüşməyəcəm, TRAMPI gözləyirəm”backend

Ərdoğan: "Mayk Pens və Pompeo ilə görüşməyəcəm, TRAMPI gözləyirəm"

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo ilə görüşməyəcəyini açıqlayıb.

KONKRET.AZ xəbər verir ki, Ərdoğan bu barədə “Sky News”a verdiyi açıqlamada bildirib. Türkiyə Prezidenti Suriya mövzusunu ABŞ Prezidenti Donald Trampdan başqa heç kimlə müzakirə etməyəcəyini vurğulayıb.

R.T.Ərdoğan M.Pens və M.Pompeonun öz türkiyəli həmkarları ilə görüşmələrinin daha uyğun olduğunu və özünün isə görüşmək üçün D.Trampı gözləyəcəyini bildirib.

“Fikrimdə qətiyəm. Mən onlarla görüşməyəcəyəm. Onlar öz türkiyəli həmkarları ilə görüşəcəklər”, – deyə Türkiyə Prezidenti bildirib.

ABŞ vitse-prezidenti Mayk Pens isə Ərdoğanın onunla görüşməyəcəyini deməsinə baxmayaraq, Ankaraya gedəcək. Bu barədə isə onun sözcüsü məlumat verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Mayk Pensi Türkiyənin Suriyada apardığı “Barış bulağı” hərəkatını dayandırmağa razı salmaq üçün Ankaraya göndərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*