Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsi müzakirə olunacaq.
KONKRET.az xəbər verir ki, bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Ərdoğanın rəhbərlik etdiyi görüşün əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi olacaq.
İclasda Yunanıstanla münasibətlər, Şərqi Avropa və Yaxın Şərqdəki münaqişə, terrorla mübarizə və Suriya ilə münasibətlərin nizamlanması da diqqətdə saxlanılacaq.
Natiq Səlim,
KONKRET.az
