Sel fəlakəti oldu, nazir dostlarımla Doğankənddə, Dərəlidə bir yerdəydik. Biz balıqçıya getmədik, vətəndaşlarımızın yanına getdik.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mən də İstanbulda bələdiyyə sədri vəzifəsində çalışmışam. Qar, qasırğa, tufan, zəlzələ, sel olacaq… Yox, get Bodruma, ora-bura… Bizim kitabımızda bu yoxdur. Xalqın yanında olacaqsan”, – Ərdoğan bildirib.
Qeyd edək ki, İstanbulda qarla bağlı ciddi problem yaşanarkən bələdiyyə sədri Əkrəm İmamoğlunun restoranda 3 saat vaxt keçirməsi tənqidlərə səbəb olub.Axar.az
