Ərdoğanın mesajı bu ölkələri qorxutdu: “Yeni hərbi bazalar qurulur”backend

Ərdoğanın mesajı bu ölkələri qorxutdu: “Yeni hərbi bazalar qurulur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın önümüzdəki günlərdə Şimali Kiprə edəcəyi səfər və “İyulun 20-də bütün dünyaya lazımi mesajları verəcəyəm” açıqlaması ABŞ, Avropa Birliyi, Yunanıstan və Cənubi Kipri təlaşlandırıb.

KONKRET.az xəbər verir ki, BBC Ərdoğanın səfər çərçivəsində Keçidqalada dron bazasının qurulduğunu açıqlayacağını iddia edib.

BBC qeyd edib ki, Cənubi Kipr əməliyyatlarının 47-ci ildönümündə reallaşacaq səfər zamanı AB və ABŞ-ın diqqəti adada olacaq. Mənbə, eyni zamanda, Ərdoğanın Şimali Kiprin müstəqilliyinin beynəlxalq səviyyədə tanınması yönündə mühüm mesajların verəcəyini də istisna etməyib.

Yunan mətbuatı Türkiyənin Kipr adası yaxınlığında yeni təbii qaz ehtiyatları tapdığını iddia edib. Cənubi Kipr və Yunanıstan Ərdoğanın səfər çərçivəsində bunu açıqlayacağından narahatdır.

Yunanıstanın “Kathimerini” qəzeti isə Türkiyənin qazma gəmilərinin yenidən Aralıq dənizinin şərqində fəaliyyətə başlayacağını yazıb.

Yunanıstan və Cənubi Kipri narahat edən bir başqa məsələ də Türkiyənin adanın şimalında daimi hərbi bazalar qurma ehtimalıdı ilə bağlıdır./telegraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*