Ərdoğanın sabaha vəd etdiyi “sürpriz” nədir? – Azərbaycan bu addımı atacaqmı?backend

Ərdoğanın sabaha vəd etdiyi “sürpriz” nədir? – Azərbaycan bu addımı atacaqmı?

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah iyulun 20-də Şimali Kipr parlamentində çıxışı zamanı “xoş sürpriz” açıqlayacağını bildirib.

KONKRET.az xəbər verir ki, Ərdoğanın Şimali Kiprə səfəri bu gün iyulun 19-da başlayır və Türkiyədən  prezidentin rəhbərliyi ilə geniş heyət ada türklərinin milli bayramında iştirak etmək üçün gedir. Bu aralarda Azərbaycan Milli Məclisindən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi heyət də Şimali Kiprdə səfərdədir. Heyət Şimali Kipr prezidenti Ersin Tatar da daxil olmaqla bir sıra şəxslərlə görüşlər keçirib. Belə görünür ki, Azərbaycan nümayəndə heyəti də Ərdoğanın sabahkı çıxışını izləyəcək.

Bəs Türkiyə prezidenti Şimali Kiprlə bağlı hansı sürpiz açıqlamağa hazırlaşır?

CNN Türk bununla bağlı beş versiya irəli sürüb. 1-ci versiya budur ki, Ərdoğan Azərbaycanın Şimali Kiprlə diplomatik əlaqələr quracağını elan edəcək.

Bildirilir ki, Azərbaycan Milli Məclisinin üzvlərindən ibarət heyətin üç gündür Lefkoşada olması bu ehtimalı gücləndirir. Şimali Kipr prezidenti Ersin Tatar heyəti qəbul edərkən “Biz bir millət, üç dövlətik” ifadəsini işlədib. Əgər Azərbaycan Şimali Kipri tanısa bu, Türkiyənin adada nizamlama ilə bağlı BMT-yə təqdim etdiyi, iki ayrı dövlətin mövcudluğunu nəzərdə tutan həll modelinə də dəstək olacaq.

2-ci versiyaya əsasən Ərdoğan yunanları Şimali Kiprdə vaxtilə yaşadıqları Maraş şəhərinə geri dönməyə çağıracaq. 3-cü versiyaya əsasən 1974-cü ildə Kipr əməliyyatı zamanı Türkiyə ordusunun təyyarələrinin adaya enməsi üçün qurulan, ancaq ötən illərdə istifadəsiz qalan Geçitkale hərbi bazasında daimi əsasla “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri üçün aviabaza yaradılması qərarı elan ediləcək. 4-cü versiyaya əsasən Gazimağuş limanında Türkiyənin hərbi dəniz bazası qurulacaq. Nəhayət 5-ci versiyya əsasən Şimali Kipr sahillərində təbii qaz kəşf olunmasının xəbərini verəcək. Belə ki, Türkiyənin kəşfiyyat gəmiləri ötən il Kipr sahillərində bir sıra zondaj və seysmik araşdırmalar həyata keçirmişdi./virtualaz/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*