Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfərə gəlir – ABŞ rəsmisi nələri müzakirə edəcək?backend

Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfərə gəlir - ABŞ rəsmisi nələri müzakirə edəcək?

ABŞ dövlət katibinin köməkçisinin müavini Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Erika Olson regional əməkdaşlığı və ikitərəfli məsələləri müzakirə edəcək.

O, noyabrın 2-si və 4-ü aralığında İrəvanda  ABŞ-ın Cənubi Qafqazdakı missiya rəhbərlərinin və ATƏT-in Minsk qrupunun həmsədri Endryu Şoferin təmsil olunacağı görüşdə iştirak edəcək.

Xatırladaq ki, ABŞ-ın Cənubi Qafqazdakı nümayəndəliklərinin rəhbərlərinin öncəki görüşləri 2019-cu ildə Bakıda, 2018-ci ildə isə Tiflisdə keçirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*