Erməni blogerdən SENSASİON AÇIQLAMALAR: “Genosidi daşnaklar törədib” – VİDEObackend

Erməni blogerdən SENSASİON AÇIQLAMALAR: "Genosidi daşnaklar törədib" - VİDEO

Erməni bloger Roman Baqdasaryandan sensasion açıqlamaları ilə erməniləri qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, erməni bloger, jurnalist Roman Baqdasaryan şok açıqlamalar edib. O, yüz ildir bütün dünyanın “genosid”, “soyqırım” deyib zəhləsini tökən ermənilərin əslində daşnaklar tərəfindən qətliama məruz qaldığını deyib.

“Daşnaklara görə milyon yarım erməni itirdik. Daşnaklar ermənilərlə türklərin arasını vurdular. Ermənilər Türkiyədə əla yaşayırdılar. Daşnaklar erməniləri aldatdılar, təxribatlar törətdilər, türklər də məcbur olub erməniləri qırdı, onda ruslar da erməniləri meydanda tək buraxdı. Daşnaklar təşkil etmişdi o qətliamı. İndi də daşnaklar Paşinyana nifrət edir”, -deyə bloger bildirib.

Baqdasaryan indi də daşnakların sakit durmadığını, Qarabağ klanı ilə birləşib erməniləri yenidən Azərbaycanla müharibəyə çağırdığını deyib. “Biz müharibə etmək istəmirik. Biz işləmək, Ermənistanı gücləndirmək istəyirik, ölkəmizin maraqlarını qoruyuruq. İstəmirik vuruşmaq, çünki yaxşı oğlanlarımız müharibədə ölür, qorxaqlar isə xaricdə oturub kef edir. Siz müharibəyə səsləyirsiz, özünüz isə xaricdə yumşaq divanlarda dinçəlirsiniz. Müharibədə hər iki tərəfdən ölən olur, müharibə nə bizə lazlmdır, nə də onlara. Utanmırsınız siz, müharibəyə çağırırsınız”, – deyə Baqdasaryan xaricdəki erməniləri qınayıb.

Qeyd edək ki, bu açıqlamalardan sonra jurnalist dindirilmək üçün polisə çağrılıb.

Ətraflı videoda:

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*