Erməni deputat Şuşa muzeyinin qarət edildiyini təsdiqlədi – FOTObackend

Erməni deputat Şuşa muzeyinin qarət edildiyini təsdiqlədi - FOTO

Müxalif “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan Şuşanın Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsindən bir neçə gün əvvəl Şuşa muzeyinin eksponatlarının şəhərdən çıxarıldığını etiraf edib.

KONKRET.az xəbər verir ki, N. Zohrabyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

Sürücü Armen Xaçatryanın fotosunu paylaşan N. Zohrabyan qeyd edib ki, o, bir noyabr gecəsi Şuşa xalça muzeyinin eksponatlarını İrəvan Tarix Muzeyinə və Milli Qalereyaya daşıyıb.

N. Zohrabyan paylaşımında yazıb ki, A. Xaçatryan Şuşadan İrəvana 160 xalça, kilim(xovsuz xalça növü), 30 gil qab və 50 rəsm əsəri daşıyıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*