Erməni general komaya düşdübackend

Erməni general komaya düşdü

Ermənistan ordusunun ehtiyatda olan general-leytenantı, “Yerprak” könüllü bataltyonunun rəhbəri Manvel Qriqoryanın səhhətinin durumu daha da pisləşib.

KONKRET.az hayeli.am-a istinadla xəbər verir ki, bu barədə generalın vəkili Arsen Mkrtçyan məlumat yayıb. O bildirib ki, 20 oktyabrda rəhbərlik etdiyi dəstəni Dağlıq Qarabağ cəbhəsində qoyub İrəvana qayıdan keçmiş millət vəkilinin vəziyyəti olduqca ağırdır:

“Onun xaricdə müalicəyə ehtiyacı var. Son hadisələr, məğlubiyyət bəyannaməsi generalın səhhətinə pis təsir edib. O, faktiki olaraq komaya düşdü. İnsanları tanımır. Şüuru itib, reaksiya vermir”.

Qeyd edək ki, keçmiş deputat, general Qriqoryan 20 oktyabrda cəbhədəki könüllü dəstələrinin böyük hissəsini itirdikdən sonra İrəvana qaçmışdı. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*