Erməni katolikosundan ŞOK ÇAĞIRIŞ: “Ermənistan üçtərəfli Bəyannamədən imtina etməlidir”backend

Erməni katolikosundan ŞOK ÇAĞIRIŞ: "Ermənistan üçtərəfli Bəyannamədən imtina etməlidir"

Katolikos Birinci Aram Ermənistanı Putinə yox deməyə və üçtərəfli bəyanata məhəl qoymamağa çağırır.

KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, onun bu açıqlaması ölkədə heç də gözlənilməz olmayıb.

Çünki “Böyük Kilikiya Evi”nin kilsə mafiyası erməni cəmiyyətini qurban vermək üçün əlindən gələn hər şeyi edir. Hətta bilə-bilə ki, üçtərəfli razılaşmadan imtina erməni xalqının intiharı deməkdir, kilsə bu cür çağırışlardan ehtiyat etmir.

Erməni kilsəsinin təfəkkürünə görə, ərazilərin itirilməsinin əsas günahkarı Ermənistan deyil, bu prosesin möhkəmlənməsinə kömək edən Putindir.

Beləliklə, erməni din adamlarının, bütövlükdə kilsənin erməni xalqını daim qırğın və müharibəyə sürüklədiyi açıq-aşkar görünür.

Natiq Səlim,

KONKRET.az

  • mahmud
    Avqust 14, 2021 - 18:57

    Bizim xosu iranın dalına girir, erməninin dini lideri ermənini intiqam çağırır. Hələ başımız qarışıqdı farslara 1400 il əvvəl hakimiyyət uğrunda bir- birini qıranlara yas saxlayırıq, özümüzünkü də şəhid olur, kül belə dini liderin başına

  • Emin
    Avqust 14, 2021 - 23:16

    Milli ləyaqətiviz olsun.bu şok sözü nə deməkdi axı?yerli yersiz harda gəldi işlədirsiz.bu sözün tüek dilində deyilişi bir yana bunu nə vaxt nəyə görə işlədilməsinidə bir öyrənin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*