Erməni ordusunda xaos davam edir: daha bir cinayətbackend

Erməni ordusunda xaos davam edir: daha bir cinayət

Ermənistan ordusunda mövcud olan neqativ hallar, çatışmazlıqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında qanunazidd münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu ölkə KİV-lərində yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmətə yeni çağrılan 2-ci motoatıcı taborun əsgəri Rafael Minasyanın daha çox xidmət edən “ded”lər tərəfindən amansızlıqla döyüldüyü bildirilir. Ciddi bədən xəsarətləri alaraq tibb məntəqəsinə yerləşdirilən R.Minasyan yenidən belə təzyiqlərlə üzləşmək qorxusundan heç kimdən şikayətçi olmayacağını deyib.

Hadisəni ört-basdır etməyə çalışan hərbi hissə komandanlığı faktla bağlı hərbi qulluqçunun ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verməyib. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*