Ermənilər general Bərxudarovla bağlı məlumat yaydı, Azərbaycan Prezidentinin köməkçisi cavab verdibackend

Ermənilər general Bərxudarovla bağlı məlumat yaydı, Azərbaycan Prezidentinin köməkçisi cavab verdi

“General Mayis Bərxudarovla bağlı Ermənistan tərəfindən yayılan yalanların məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır”.

KONKRET.az xəbər evrir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan generalları ordumuzun rəhbərliyində öz döyüş əməliyyatlarını davam etdirirlər: “Ermənilərin yalan məlumatları ifşa olunur. Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*