“Ermənilərin hüquqları beynəlxalq səviyyədə tanınmalıdır, alternativi Qarabağdan köçməkdir” – Abramyanbackend

"Ermənilərin hüquqları beynəlxalq səviyyədə tanınmalıdır, alternativi Qarabağdan köçməkdir" - Abramyan

“Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ beynəlxalq səviyyədə həyata keçirilməli və tanınmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentini “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu şübhə altına alan Ermənistan hakimiyyətinin dövri şərhləri millət daxilində parçalanmaya səbəb olur.

Fraksiyalar belə təhlükəli davranışı qətiyyətlə pisləyir. Belə ifadələrin erməni xalqının mənafeyinə xidmət etmədiyini, hətta Azərbaycan-Türkiyə dəyirmanına su tökdüyünü əminliklərini ifadə ediblər.

Hesab edirəm ki, Ermənistanın hakim gücünün bəyanatları Ermənistan və Qarabağ ətrafında daha təhlükəli sahə təşkil edir, Azərbaycanın hərəkətlərinin legitimləşməsinə töhfə verir.

Bizim fraksiyamız Qarabağdan olan soydaşlarımızın öz evlərində sülh və əmin-amanlıqda yaşamasına, eləcə də öz müqəddəratını təyinetmə məsələsinə nəzarət edəcək. Bu məsələlərdə maksimum dərəcədə çalışacağıq.

Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ beynəlxalq səviyyədə həyata keçirilməli və tanınmalıdır. Bunun alternativi ermənilərin Qarabağdan köçməsi və fiziki təhdidlərdir”, – deyə Abramyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*