Ermənilərin növbəti yalanı ifşa olunub.
KONKRET.az TQ kanallarına istinadla bildirir ki, erməni jurnalistlərin mətbuat konfransında Azərbaycan əsgərinə növbəti iftira atılıb.
Konfransda iştirak edən bir qadın “Azərbaycanlılar bir erməni əsirinin başını kəsirlər” deyərək, telefondakı görüntüləri tamaşaçılara göstərir və Paşinyanın ünvanına “Utanmırsan, Nikol?”, – deyir.
Qeyd edək ki, bu çəkilişlər 14 il bundan qabaq Meksikada kartellərarası silahlı toqquşmalar zamanı lentə alınıb. Sonra dünyaya yayılıb. Kadrlarda hətta monitordan baxanda cinayətkarların mülki geyimdə olduğu (qısa qollu ağ köynək) görünür, lakin bu, qadının heç vecinə deyil.
Ermənistanın bütün tarixi belə yazılmışdır, saxtakarlıqla…!
Xuraman Etibarlı
KONKRET.az
