“Ermənilərin Xankəndidə gözü var, təcili köç etməliyik” – Bakı sakinlərindən açıqlamalarbackend

"Ermənilərin Xankəndidə gözü var, təcili köç etməliyik" - Bakı sakinlərindən açıqlamalar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin açıqlamasına görə Şuşa şəhəri Malıbəyli kəndinə 50, Xankəndi şəhəri Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna 150 məcburi köçkün ailəsi köçürüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Yeni il müraciətində bildirmişdi ki, bu il ərzində Xocalı və Xankəndi sakinləri öz doğma yurdlarına qayıdacaqlar. Prezident həmçinin bildirmişdi ki, təkcə Qarabağdan və Zəngəzurdan olanlar deyil, Azərbaycanın istənilən bölgəsindən olan vətəndaşlar da Qarabağa gedib ev ala və ya ev tikdirib orada yaşaya bilər.

Bəs Bakı sakinlərindən kimlər Qarabağa köçüb, orada yaşamaq arzusundadır?

KONKRET.az xəbər verir ki, TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*