Ermənistan 3+3 formatına gəlir: Azərbaycanla sülh sazişi imzalana bilər – AÇIQLAMAbackend

Ermənistan 3+3 formatına gəlir: Azərbaycanla sülh sazişi imzalana bilər – AÇIQLAMA

“Baş nazir Paşinyan bildirib ki, dekabrın 10-da 3+3 (böyük ehtimalla Gürcüstan iştirak etməyəcək və 3+2 şəklində olacaq) formatı çərçivəsində ilk görüş keçiriləcək. İrəvan bu görüşdə iştirak edəcək. Bu o deməkdir ki, Ermənistan 3+3 formatına gəlir”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir bildirib. Paşinyan, “Moskvadan siqnal almışam ki, mövcud formatlarda müzakirə olunan məsələlərə “3+3” formatında baxılmayacaq” sözləri ilə demək istəyir ki, “sərhəd və Qarabağ məsələsinin buna aidiyyəti yoxdur: “Nikol bunu daxili ictimai rəyə ünvanlayır və Moskvanı da qarant kimi göstərir.

Asif Nərimanlı » Qaynarinfo.az

Ermənistanın 3+3 formatında iştirakı, postmünaqişə dövrünü qəbul etməsi və Azərbaycanla sülh sazişi imzalaması imkanlarını artıra bilər. Paşinyan indi daxili rəyə vəd xarakterli mesajlar ötürsə də, bu formatda iştirak, əlaqələrin qurulmasını zəruri edir. İrəvanın hədəfi iqtisadi gəlirlər əldə etmək, xüsusilə Türkiyə ilə sərhədlərin açılmasıdır. Bunun da yolu məhz sülh sazişindən keçir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*