Ermənistan delimitasiya və demarkasiya ilə bağlı təkliflərini təqdim edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Rusiya və Azərbaycana Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflərini təqdim edib. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
“Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttində vəziyyətin nəzarət və gərginliyi azaltmaq üçün Ermənistan tərəfi təkliflər paketi hazırlayıb. Tıkliflər paketini Rusiyaya, o cümlədən Rusiya vasitəsilə Azərbaycana və digər tərəfdaşlara vermişik, İndi reaksiya gözləyirik”, – Mirzoyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
