Ermənistanın ABŞ-ın Kaliforniya ştatındakı Qlendeyl şəhərindəki baş konsulluğunun qapısında “Nikol satqındır” plakatı asılıb.
KONKRET.az xəbər verir ki, Mikael badalyan özünün sosial şəbəkədəki postundan belə bir paylaşım edib: “Bir neçə dəqiqə əvvəl Qlendeyldən olan oxucularımız Ermənistan Respublikasının Qlendeyldəki Baş Konsulluğunun girişini əks etdirən bu fotonu və “Nikol satqındır” plakatını göndərdilər.
Qeyd edək ki, bu addım konsulluqdakı diplomatları təəccübləndirib.

