Ermənistan Prezidenti Vaaqn Xaçatryan Armavir vilayətinə səfəri çərçivəsində Armavir şəhərində yerləşən hərbi hissələrindən birinə baş çəkib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Xaçatryan hərbçilərlə görüşüb, onların qarşısında çıxışı zamanı ordunun gücləndirilməsinin ölkə üçün prioritet olduğunu açıqlayıb.
O, orduda ciddi islahatların aparıldığını vurğulayıb.
Səfər çərçivəsində Xaçatryan hərbi hissəni gəzib, hərbi qulluqçuların yemək, yaşayış şəraiti, tədris prosesinin təşkili ilə tanış olub.