Ermənistan Qafqazın ən az əhalisi olan ölkəsi olaraq qalacaq – STATİSTİKAbackend

Ermənistan Qafqazın ən az əhalisi olan ölkəsi olaraq qalacaq - STATİSTİKA

Beynəlxalq ekspertlərin fikrincə, 2040-cı ilədək Ermənistan əhalisi 1,5 milyon nəfər səviyyəsində olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə statistic göstəricilər demoqrafiya sahəsində aparılan araşdırmalarda məlum olub.

Həmin araşdırmaya görə, Ermənistanda əhalinin çox azalması ölkədəki qeyri-sabit iqtisadi vəziyyət və aşağı doğum nisbəti səbəbindən irəli gəlir. Bu ölkədə əhalinin xarici ölkələrə axını prosesi də ildən-ilə artır.

Həmin araşdırmalara görə, paradoksal olaraq, ermənilərin kompakt yaşayış yeri Ermənistan deyil, 2040-cı ilə qədər təxminən 2 milyon erməninin yaşayacağı Rusiyanın Qara dəniz sahilləri olacaq.

Gürcüstan əhalisi 4 milyon səviyyəsində olacaq. Son illərdə Gürcüstan əhalisinin azalmasına baxmayaraq, iqtisadi sabitlik Gürcüstanın əhalisini az da olsa artırmağa imkan verəcək. Hal-hazırda Gürcüstan əhalisi 3,7 milyon nəfərdir, 2040-cı ilə qədər Gürcüstan əhalisi orta hesabla 300 min nəfər arta bilər. Beləliklə, Gürcüstan əhalisinin göstəricisi əhalinin 4 milyona yaxın olduğu 2015-ci il səviyyəsində olacaq.

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında əhali artımına görə liderdir. Hələ 2010-cu ildə Azərbaycanda 7,5 milyon insan yaşayırdısa, 2019-cu ildə bu rəqəm 9 milyonu keçdi. Yüksək doğum nisbətləri, daha güclü və daha sabit iqtisadi mühit bu ölkəyə əhalisini durmadan artırmağa imkan verdi. 2040-cı ilədək, bəzi təxminlərə görə, Azərbaycan əhalisi 11,5-12 milyon nəfər səviyyəsində olacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*