“Ermənistan səmasında Azərbaycana məxsus iki PUA-nın vurulması barədə məlumat yalandır” – AÇIQLAMAbackend

"Ermənistan səmasında Azərbaycana məxsus iki PUA-nın vurulması barədə məlumat yalandır" - AÇIQLAMA

“Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Polkovnik bildirib ki, eyni zamanda qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb: “Bu kimi xəbərin də heç bir əsası yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*