Ermənistan separatçı qurumların formalaşması üçün 6 milyard dram ayırdı – ƏTRAFLIbackend

Ermənistan separatçı qurumların formalaşması üçün 6 milyard dram ayırdı - ƏTRAFLI

Ermənistan parlamentində Baş nazirin müavini Mqer Qriqoryan Qarabağ ermənilərinə edilən yardım proqramlarının təfərrüatlarını təqdim edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Qarabağda erməni separatçılarının ailələrinə Ermənistan hökuməti tərəfəindən ayda 500 min dram verilib. 6 aylıq dəstək tədbiri çərçivəsində faktiki olaraq ödənilən ümumi məbləğ 1 milyard dram olub. Yaralanan hərbçilərə yardım göstərilməsi üçün 200 milyon dram xərclənib ki, bu da 265 yaralını əhatə edib.

Qarabağdakı erməni tələbələrin təhsil haqlarının ödənməsi məqsədilə 900 milyon dram vəsait xərclənib.

Qarabağda yerli strukturlara yardım adı altında separatçılara qrant krediti şəklində təqribən 6 milyard dram maliyyə ayrılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*