Ermənistana maraq azalıb – Rus turistlər gedir, onların yerini hindlilər tuturbackend

Ermənistana maraq azalıb - Rus turistlər gedir, onların yerini hindlilər tutur

“Ermənistanla Rusiya arasında son siyasi gərginlik fonunda ölkəyə daha az rus gəlməyə başlayıb. Əvəzində isə gedənlərin sayı artıb”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni jurnalist Hakob Koçaryan bildirib.

Onun sözlərinə görə, əgər ötən ilin ilk iki ayında Ermənistana 207 mindən çox Rusiya vətəndaşı daxil olubsa, cari ildə bu rəqəm 171,7 min nəfər olub. Rəqəmlər arasında fərq 36 min nəfər az olub. Göründüyü kimi, Rusiya vətəndaşlarının ölkəyə girişi 17 faizdən çox azalıb.

“Bəlkə də bunu çoxları üçün müsbət hesab etmək olar, amma bunun nəticəsində Ermənistanın kifayət qədər böyük itkilər verməsi faktdır. Söhbət həm maliyyə, həm də iqtisadi itkilərdən gedir. Rusiya vətəndaşlarının Ermənistana hansı məqsədlə gəlməsindən asılı olmayaraq, onlar Ermənistanda nəinki pul xərcləyirlər, hətta əlavə tələbat yaradırlar. Üstəlik, rusların təqdim etdiyi tələb kifayət qədər yüksəkdir.

Biz iqtisadiyyatın müxtəlif sahələrində Rusiya vətəndaşlarının Ermənistana aktiv hərəkətinin nəticələrini görmüşük. Bu, həm də büdcəyə və vətəndaşlara ciddi maliyyə axını və gəlirləri təmin edirdi. Aydındır ki, Ermənistanda son illərdə qeydə alınan yüksək iqtisadi artımda Rusiya vətəndaşlarının aktiv axını mühüm rol oynayıb. Çoxlu sayda turist səfərləri də var ki, bu da ciddi pul və iqtisadi aktivlik gətirib. Amma bu axınlar get-gedə seyrəlməyə başlayıb. Rəsmi məlumatlara görə, bu il Rusiya vətəndaşlarının Ermənistana girişi kifayət qədər böyük sürətlə azalıb.

Bunun səbəblərini anlamaq əlbəttə ki, çətin deyil. Problem təkcə Ermənistanla Rusiya arasında son gərginlikdə deyil, həm də ölkədə bu axınları düzgün idarə etmək, uzunmüddətli hədəflərə xidmət etmək və istiqamətləndirmək üçün əlverişli şəraitin yaradılmamasıdır. Əksinə, bu vəziyyətə çoxlu maneələr yaradılıb.

Rusiya vətəndaşları Ermənistanda kütləvi qiymət artımı ilə üzləşib. Burada qalmağın hətta nisbətən yüksək gəlirləri və yaşayış səviyyəsi olan Rusiya vətəndaşları üçün də bahalı olduğu göz önündərir. Ona görə də gələnlər tədricən getməyi seçiblər. Təbii ki, bunun qurbanı Ermənistan, vətəndaş və iqtisadiyyat olacaq.

Rusiya vətəndaşlarının Ermənistanda maraqlarının azalması artıq turizmə də öz təsirini göstərib.

İlin əvvəlinin bütün aylarında Ermənistana turist axını azalıb.  Digər ölkələrdən Ermənistana vətəndaşların aktiv hərəkəti var. Vətəndaşların gəlişinə görə ikinci olan Gürcüstan Rusiyadan ən azı 3 dəfə geri qalır. Üçüncü dövlət isə İrandır ki, bu göstərici ruslardan 8-9 dəfə aşağıdır. Vətəndaş axını baxımından Hindistandan gələnlərdə aktivlik çox yüksəkdir.

Cəmi iki-üç il əvvəl bu ölkədən Ermənistana axın o qədər az idi ki, ümumi göstəricilərdə belə görünmürdü. Amma son iki ildə onlar o qədər sürətlə inkişaf edib ki, artıq bir çox ölkələri geridə qoyublar.

Qısa müddətdə Hindistan vətəndaşlarının Ermənistana gəlişi bir neçə dəfə artıb. Əgər 2022-ci ildə ilk iki ayda 1,1-1,2 minə güclə çatırdısa, bu il artıq 9 minə çatıb. İki il ərzində onlar 7-8 dəfə artıb.

Hindistan vətəndaşlarının Ermənistana gediş-gəlişi bu il də aktivdir. Belə ki, ilin əvvəlində giriş 2,3 dəfə çox olub.

Təbii ki, bu fəallıq rəsmi göstəricilər olmadan da görünür. Hindistan vətəndaşlarını son illərdə xidmət, ticarət, tikinti, kənd təsərrüfatı sahələrində görmək olar.

Hindlilər Ermənistana əsasən işləmək və ya başqa ölkələrə köçmək məqsədilə gəlirlər. Bu tamamilə fərqli bir axındır. Onlardan fərqli olaraq, Rusiya vətəndaşları şəxsi və iş keyfiyyətləri ilə seçilirlər. Əvəzedicilik baxımından birinin digəri ilə qətiyyən əlaqəsi yoxdur, baxmayaraq ki, Rusiya vətəndaşlarının axınının azalması ilə birlikdə Ermənistana gələn Hindistan vətəndaşlarının sayı da artır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*