Ermənistanda bu günə qədər olmamış hadisə baş verdi – Qırmızı xətt keçildibackend

Ermənistanda bu günə qədər olmamış hadisə baş verdi - Qırmızı xətt keçildi

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu gün Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və ailəsini müdafiə üçün böyük aksiya keçirilib. Aksiya İnsan Hüquqları QHT-nin həmtəsisçisi, hüquq müdafiəçisi Ruben Melikyan tərəfindən təşkil edilib.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın atası və iki qızı Milli Təhlükəsizlik Xidmətinə dəvət edilmişdi. Sonunculara dəstək olaraq bəzi keçmiş millət vəkilləri və hüquq müdafiəçiləri bir araya gəliblər.

Ruben Melikyan jurnalistlərə bildirib ki, artıq bu ölkədə mənfi proseslər qırmızı xətti keçib. Çünki hələ bu günə qədər ölkə tarixində Konstitusiya Məhkəməsinin sədrini hüquq-mühafizə orqanları “çarmıxa çəkməmişdi”. Bu isə o deməkdir ki, Ermənistanda dövlətçilik dəyərləri ayaqlar altına atılır və demokratik anlayışlar məhv edilir. O, həmçinin deyib ki, Tovmasyanın atasının səhhəti kəskin şəkildə pisləşib.

Keçmiş respublikaçı deputat Arpine Hovhannisyan da qeyd edib ki, söhbət keçmiş, indiki və ya gələcək hakimiyyətlərdən getmir, bir-biri ilə ləyaqətli şəkildə əməkdaşlıq etmək bacarığından getmir.

Keçmiş respublikaçı deputat Arpine Hovhannisyan vurğulayıb ki, ölkədəki mövcud vəziyyət Ermənistan və Qarabağın zəifləməsinə səbəb olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*