Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Gümrü yolunu bağladıbackend

Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Gümrü yolunu bağladı

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən bir qrup şəxs səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*