Azərbaycan ordusunun Ermənistanın təxribatlarının qaşısını layiqli şəkildə alması və düşmənə ağır zərbələr endirməsi Ermənistanda əməlli-başlı təşviş yaradıb. Artıq qeyri-rəsmi itkilərinin 200-dən artıq olması erməni analarını da ayağa qaldırıb. Məlumatlara görə, ermənilər Parlamentə doğru yürüyərək hökumətdən məhv edilən övladlarına görə hesabat istəyirlər. Çətin vəziyyətdə qalan Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə qalıb.
Mövzunu KONKRET.az-a şərh edən hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib və öhdəliklərini yerinə yetirməyib: “Azərbaycan ordusunun “dəmir yumruq” zərbəsi onların başına dəydikdən sonra olmayan ağılları başlarına gəldi. Biz Vətən müharibəsində də gördük ki, ermənilər Laçın, Kəlbəcər və Ağdamı boşaltmağa razılaşdılar. Çünki məğlub oldular və 30 minlik orduları mühasirəyə düşdü. Daha sonra bölgəyə sülhməramlılar girdikdən sonra ermənilər kimlərəsə arxayın olaraq müxtəlif təxribatlar törətməyə cəhd göstərdilər. Gah əsgərimizin üzərinə qumbara atdılar, gah Laçını boşaltmamaq üçün müəyyən təxribatlar törətdilər, gah da Fərrux dağı istiqamətində insident yaratdılar və nəticədə Azərbaycan ordusu eyniadlı yüksəkliyə nəzarəti ələ keçirdi. Bir sözlə erməni təxribatlarının ard-arası kəsilməsə də, Azərbaycan ordusu düşmənə layiqli zərbə endirir. Erənistan sülh danışıqlarına, mina xəritələrinin verilməsinə, Zəngəzur dəhlizinin açılmasına öhdəlik götürsə də, heç bir əməli addım atmır. Əksinə bu öhdəliklərdən yayınmaq üçün təxribatlara əl atır. Təxribatların qarşısı isə Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır. Ermənistanın 200-dən artıq canlı qüvvəsi, texnikası məhv edilib. Rəsmi İrəvan təxminən yarım milyarddan artıq ziyan görüb”.

Hərbi ekspert əlavə edib ki, Azərbaycan vətəndaşları öz vətənləri uğrunda canlarından keçirlər, erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlirlər: “Amma erməni anaları öz övladlarının başqa torpaqlarda nə etdiyinə dair haqlı sual verirlər. Əvvəllər bunu açıq deyə bilmirdilər. İndi isə erməni anaları bu qədər itkiyə tab gətirə bilmədikləri üçün küçələrə axışırlar, dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirirlər. Ermənilər özləri də yaxşı bilirlər ki, onlar İrandan Hindistandan və Türkiyədən Cənubi Qafqaza köç ediblər. Onların köçmə tarixi isə 200 ildən artıq deyil. Onlar yaxşı dərk edirlər ki, Zəngəzur və Göyçə 1920-ci illərdə ermənilərə verilib. Həmçinin SSRİ dağılana qədər Qarabağ Azərbaycanın tərkibində olub. Bu, orada yaşayanların bütün sənədlərində öz əksini tapıb”.
Emin Həsənlinin sözlərinə görə, erməni analarının, ümumiyyətlə bütün vətəndaşların ayağa qalxması Paşinyanın devrilməsi ilə nəticələnə bilər: “Daha böyük nəticələr də gözləmək mümkündür. Ermənistan normal idarə olunmur. Orada Fransanın, ABŞ-ın yoxsa Rusiyanın diqtəsinin yerinə yetirildiyi də məlum deyil. Ona görə də vəziyyətləri acınacaqlıdır və Ermənistanda hər an hər şey baş verə bilər. Lakin hakimiyyət böhranından daha ağır hesab edilən dövlət tənəzzülünün olacağı qaçılmazdır. Lakin rejim və quruluşların dəyişməsinin ermənilər üçün heç bir anlamı yoxdur. Bu millət xəstələnib. Onun müalicəsi isə Azərbaycan əsgərinin qılıncından keçir. Ermənistanı bu vəziyyətdən xilas edə biləcək yeganə ölkələr Türkiyə və Azərbaycandır. Şərtləri qəbul edib normal qonşuluq münasibətində yaşamalıdırlar. Əks halda proseslər rəsmi İrəvan üçün daha ciddi nəticələrlə yadda qalacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
