Ermənistanda son sutka ərzində daha 2175 nəfərdə koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.
KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 106 424-ə yüksəlib.
Ermənistanda həm də koronavirusdan bir gündə daha 26 nəfər ölüb, bununla da infeksiyaya görə həyatını itirənlərin sayı 1559 -a çatıb.
Hazırda ölkədə 40 281 aktiv koronavirus xəstəsi var.
