“Ermənilər Lavrovun son açıqlamasına görə sevinirlər”- Vardanyanbackend

"Ermənilər Lavrovun son açıqlamasına görə sevinirlər"- Vardanyan

“Lavrovun müsahibəsində mən ermənipərəst heç nə görmürəm, bunlar Ermənistanın maraqlarından irəli gəlməyən tamamilə anti-erməni bəyanatları idi, amma yeganə müsbət tərəfi odur ki, cəmiyyətimizin gözünü açır və aydın olur ki, Rusiya hakimiyyəti son illər bir çox məsələlərdə hədsiz anti-erməni mövqe sərgiləyib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Armen Vardanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rossiya 24” telekanalına müsahibəsində verdiyi açıqlamaları şərh edərkən səsləndirib.

O bildirib ki, bu bəyanatlar Ermənistan mətbuatında fərqli şərh olunur:

“Bəziləri Lavrovun Azərbaycana məxsus ərazilərin onlara qaytarıldığını deməsinə sevinir. Bəziləri isə təhlükəni Ermənistanın adının hallanmasında görür. Yəni Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf Ermənistan hesab olunur”, – deyə Vardanyan  bildirib.

Onun sözlərinə görə, Ermənistanda bəzi dairələr siyasi vəziyyətə əsaslanaraq, yaranmış situasiyaya görə günahı ölkənin hazırkı hakimiyyətinin üzərinə qoyur:

“Lakin reallıq budur ki, 2016-cı ilin yanvarından Rusiya hakimiyyəti Ermənistana torpaqları geri qaytarmağı təklif edir və bu, bildiyiniz kimi, “Lavrovun planı” idi. Bəzi müxalifət dairələrinin Nikolu anti-Rusiya dairələrinin nümayəndələrinin təyin etdiyini deməsi tamamilə həqiqətə uyğun deyil”, – deyə erməni politiloq qeyd edib.

Lavrovun açıqlamalarında yeni nəsə varmı sualına Armen Vardanyan belə cavab verib:

“Təbii ki, yeni heç nə yoxdur. Müharibədən sonra da Lavrov oxşar bəyanatla çıxış etmişdi. O deyirdi ki, torpaqlar verilməli idi və verildi. Ermənistan sadəcə olaraq, sülh yolundan imtina etdi və bu, müharibə yolu ilə baş verdi. Lavrovun dediklərində yeni heçnə yoxdur”, – Vardanyan deyib.

Ermənistanın açıq şəkildə işğalçı adlandırılması və müttəfiqin bunu etməkdə hansı motivləri olması sualına isə Vardanyan belə cavab verib:

“Əslində bu mövzuda çoxlu manipulyasiyalar var. Siyasi qüvvələr bunu öz bildikləri kimi şərh edir, bəziləri deyir ki, hazırda Ermənistanda anti-Rusiya hakimiyyəti var, ona görə də özlərini belə aparırlar. Əslində problem daha dərindədir. Məncə, buna səbəb Ermənistanın Robert Köçəryandan başlayaraq keçmiş hakimiyyət orqanlarının illər ərzində tədricən Ermənistanı Rusiyaya tabe etməsi, rəsmi Moskvadan asılı vəziyyətə salmasıdır. Biz hər şeyi ruslara verdik və Rusiya Federasiyası Ermənistanın indi öz cibində olduğunu, onun təsiri altında yaşadağını, heç yerə gedə bilməyəcəyini yaxşı bilir”, – deyə erməni politiloq əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*