Ermənistanda Rusiya və ABŞ səfirliklərini partlatmaq istəyən şəxs saxlanıldıbackend

Ermənistanda Rusiya və ABŞ səfirliklərini partlatmaq istəyən şəxs saxlanıldı

Ermənistanda Rusiya və ABŞ səfirliklərini partlatmaq istəyən şəxs saxlanılıb.

KONKRET.az erməni nəşri “Aravot”a istinadla xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanları Rusiya  və ABŞ-ın respublikadakı səfirliklərini partlatmaqla hədələyən vətəndaşı axtarır.

Nəşrin məlumatına görə, yanvarın 25-də naməlum şəxs polisə zəng edərək iki ölkənin səfirliklərini partlatmaqla hədələyib. Zəng edən şəxs ünvanını da deyib, lakin yanına gedən polis qapının bağlı olduğunu görüb.

Qəzet yazır ki, zəng vuran şəxsin adı və soyadı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilib, onun yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı polis material hazırlayır.

Həmin şəxsin artıq saxlanıldığı deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*