backend

Ermənistandan Türkiyəyə gülünc boykot - Türk mallarının idxalına qadağa

Ermənistan Türkiyə istehsalı olan malların Ermənistana müvəqqəti idxalına qadağa qoymağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Ermənistan İqtisadiyyat Nazirliyi bir sıra türk mənşəli malların Ermənistana idxalına müvəqqəti qadağa təklif edən qərar layihəsi hazırlayıb və ictimai müzakirəyə təqdim edib.

Buna səbəb Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəkdir. Layihədə deyilir: “Türk mənşəli malların idxalının məhdudlaşdırılması iqtisadi xarakter daşımaqla bərabər həm də bir təhlükəsizlik komponentini nəzərdə tutur. Türk mənşəli malların idxalına qoyulan qadağa Türkiyəyə iqtisadi sanksiya tətbiq etməklə yanaşı, türk dövlət xəzinəsinin erməni mənbələrindən maliyyə tədarükünü də dayandırır və bu da öz növbəsində Türkiyə hakimiyyət orqanlarına Azərbaycana dəstək verməyə imkan verir. Eyni zamanda, düşmən bir ölkədən son istehlak mallarının idxalı yolu ilə müxtəlif təhlükələrin qarşısı alınır”.

Qeyd edək ki, Ermənistanda bəzi müəssisələr, eləcə də əhali artıq türk mənşəli malları almaqdan imtina etdiklərini açıq-aşkar bəyan edib.

  • Seva
    Oktyabr 16, 2020 - 17:33

    Cox da tin… 😂 😂 😂 😂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*