“Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol olan Stepantsminda – Lars magistral yolu yalnız yük nəqliyyat vasitələri üçün açıqdır”.
KONKRET.az xəbər verir ki, bu, fövqəladə vəziyyətlə əlaqədardır.
Ermənistan Fövqəladə Hallar Nazirliyi bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinə və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən yayıb.
“Ermənistan Xarici İşlər Nazirliyindən alınan məlumata görə, əcnəbilərin Gürcüstana girişinə qadağa qərarı hələ ki, qüvvədə qalır. Qadağa yük daşınmalarına şamil edilmir”.