“Ermənistanın vəhşiliklərinə susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir” – Türkiyə XİN rəhbəribackend

"Ermənistanın vəhşiliklərinə susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir" - Türkiyə XİN rəhbəri

“Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinin bir hissəsi olmaq deməkdir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğalçı ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərində mülki yaşayış yerlərini raket atəşinə tutmasını, nəticədə, günahsız dinc sakinlərin ölməsini şərh edərkən bildirib.

“Ermənistan müharibə cinayətləri həyata keçirməyə, mülki şəxsləri öldürməyə davam edir. Uşaqlar da daxil olmaqla, günahsız insanları öldürür.

Bu vəhşiliyə susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar törətdikləri cinayətlərin cavabını verəcək. Hər zaman can Azərbaycanın yanındayıq”, – deyə Türkiyənin xarici siyasət qurumunun rəhbəri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*