Əsəddən Putinə BÖYÜK JEST: Muzdlu qatillərini Ermənistan üstündən Ukraynaya GÖNDƏRİR + FOTObackend

Əsəddən Putinə BÖYÜK JEST: Muzdlu qatillərini Ermənistan üstündən Ukraynaya GÖNDƏRİR + FOTO

Suriya Prezidenti Bəşər Əsəd muzdlularını Rusiyaya kömək üçün Ukraynaya göndərir.

KONKRET.az xəbər verir ki, bu barədə Haber Global-a mənbədən məlumat verilib.

Məlumata görə, artıq muzdluların Ukraynaya göndəriliş marşrutu da məlumdur.

Belə ki, Suriyadan yola çıxan muzdlu döyüşçülər Ermənistana aparılır. Onlar İrəvanın Erebuni hava limanından Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndəriləcək.

Mənbə qeyd edib ki, Rusiya bu muzdlularla Suriyada olduğu kimi Ukraynada da qeyri-sabitlik yaratmağı hədəfləyir.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*