Aksiya iştirakçıları Almatıda şəhər prokurorluğunun binasında yanğın törədib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Prokurorluqla yanaşı hakim Nur Otan Partiyasının da rayon filialının binası yandırılıb.
Qeyd edək ki, Qazaxıstanda qaz tariflərinin bahalaşmasına qarşı başlayan aksiya hökumətin geri çəkilməsinə və qiymətləri endirməsinə baxmayaraq, davam edir.
